Qadin.NET / 11 ayda 3 uşaq doğdu

11 ayda 3 uşaq doğdu

 

11 ayda 3 uşaq doğdu

 

27 yaşlı qadın ilk körpəsini doğduqdan 6 həftə sonra ikinci dəfə hamilə qalıb. 

Milli.Az The Sun-a istinadən xəbər verir ki, Eliza Benlə münasibətlərinin 3-cü ayında hamilə qalıb. 

Çarli dünyaya gəlib. Yuxusuz gecələr, ana olmağa alışmaq prosesi davam edərkən 6-cı həftənin sonunda 27 yaşlı qadın yenə hamilə olduğundan şübhələnib.

İlk etdiyi test mənfi çıxıb, ancaq 2 həftə içində etdiyi 4 testdən sonra hamilə olduğu dəqiqləşib. Böyük bir şok yaşayan cütlük əsl sürprizi xəstəxanada öyrənib - cütlüyün əkizləri olacaqdı.

İndi biri 1 yaş, digərləri 8 həftəlik körpələri üçün gündə 20, həftədə 140 bez dəyişdirdiklərini deyirlər.

Məhəmməd Vaqif

Milli.Az

28 fevral 2017
GO BACK