Aktyor Ceki Çan "Oskar" mükafatlandırılma mərasiminə 2 ədəd panda oyuncağı ilə qatılıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor bu addımı heyvanlara dəstək üçün atdığını deyib.
"Mən pandaların elçisiyəm. Getdiyim hər yerə aparıram. Çində 2 pandam var. Zəlzələdən sonra qorxmuşdular, mən də onların əhvalını yüksəltmək istədim".
Qeyd edək ki, 56 illik karyerası ərzində 200-dən çox filmə çəkilən aktyor ötən il "Fəxri Oskar" mükafatını qazanıb.
Milli.Az