Qoç - borc almayın, borc verməyin. Ailədə maddi msələlərlə bağlı mübahisələr yarana bilər. Pərişanlıq və təəssüf hisslərinin formalaşmasına imkan verməmək üçün mühüm söhbətlərə başlamayın.
Buğa - ev işləri ilə məşğul olun, yaşamınızı qaydaya salın. Həyatınızdakı ətalət enerjisindən, köhnə baxış və emosiyalardan qurtulun. Alış-verişdə impulsun təsiri altına düşərək bədxərclik etməyin.
Əkizlər - istək və niyyətlərin fərqliliyi, çoxsaylı olması qırışıqlıq yarada bilər. Bütün diqqətinizi təkmilləşdirilməyə ehtiyacı olan məsələyə yönəldin. İndiyədək fikir vermədiyiniz detallara yaxşı baxın.
Xərçəng - münasibətlərdə nüanslar və ünsiyyətdəki həssaslıq önəm kəsb edir. Tələsməyin, situasiya sizin üçün əlverişli məcradadır. Təmkinli, səbrli olun, yaşananları müşahidə edin.
Şir - görülən işin kəmiyyətini keyfiyyətə çevirmək, önəmli insanlarla münasibətlərə yenidən baxmaq və dərinləşdirmək vaxtıdır. Əvvəllər yatırdığınız sərmayə və gördüyünüz işlər indi nəticəsini verir. Diqqət yetiriləsi məqamlardan xəbər verən işarələrə və siqnallara huşyar olun.
Qız - bu gün tənha qalmamağa çalışın. Addım və qərarlarınızın motivlərini aydınlaşdırın, ətrafınızdakı insanların davranışlarına fikir verin.
Tərəzi - sağlam praqmatizm nümayiş etdirin. Mövqelərinizi möhkəmləndirmək üçün yaranan şansları əldən verməyin.
Əqrəb - şərik və ya iş yoldaşlarınızdan dəstək almağa çalışın. Danışıqlar aparın. Şərtlər sərfəli olacaq.
Oxatan - asudə vaxtınızı ünsiyyət çevrəsini genişləndirməyin mümkün olduğu yerdə keçirin. Təcrübə mübadiləsi və maraqlı məlumatın alınması mümkündür.
Oğlaq - can atdığınız sakitlik və stabilliyin bərqərar olmasına çox var. Hisslərin təlatümü, emosiyaların tüğyanı üçün səbəblər az olmasa da, təmkinli davranın, tövrünüzü pozmamağa çalışın.
Dolça - eksperimentlərə hazır olun. Hadisələrin inkişaf məcrası qəflətən dəyişə bilər. Diqqətli və sayıq olun, sərvaxt davranın.
Balıqlar - şəxsi münasibətlər zəminində sürətlənmə və gərginlik mümkündür. Aktivləşməyə çalışın, süst və ətalətli davranmayın.
Milli.Az