Ölümündən günümüzə qədər Mavzoleydə saxlanılan Lenin hərəkət edir, gecələr Kremlin dəhlizlərində gəzişir.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, 2011-ci ildə Leninin yaşadığını əks etdirən videogörüntülər internetdə yayımlananda çoxları buna inanmadı.
Videoda görünür ki, Mavzoleydə uzanmış Lenin sol əlini qaldırır və bütün bədənini irəli çəkir.
Lakin hər kəs "bu videomontajdır" deyib məsələnin üzərində çox da dayanmadı. Halbuki, çəkiliş Mavzoleydəki müşahidə kameraları tərəfindən qeydə alınmışdı.
Həmin videonu araşdıran amerikalı tədqiqatçılar isə bunun montaj olmadığını təsdiqləyiblər.
Bundan sonra ehtimallar ortaya çıxdı ki, bu, Kremldə dolaşan Rusiyanın keçmiş rəhbərlərinin ruhları tərəfindən də edilə bilər.
Filadelfiya Universitetinin professoru Con Kapri deyir ki, videogörüntülər tamamilə realdır və heç bir montajdan söhbət belə gedə bilməz.
Bu videodan sonra Kapri Mavzoleydə araşdırma aparmaq qərarına gəlir, lakin ona icazə verilmir. Amma o, tezliklə yaşlı siyasətçilər arasında dəstəkçilər tapır. Adının açıqlanmasını istəməyən bir nəfər ona bildirir ki, Leninin ölümündən indiyə qədər Mavzoleydə xidmət edən süpürgəçidən tutmuş, Kremldəki nazirlərə qədər bir çoxu gecələr onun gəzdiyini müşahidə ediblər.
Lakin SSRİ bu haqda illərlə susub. Müasir Rusiyada isə Leninin gəzdiyini çox nadir hallarda görən olub: "Rəhbərin aktivləşməsi dövrü bir neçə il öncə başlandı. Artıq o, təkcə Kremlin dəhlizlərində gəzmir, həm də bəzən kimisə yumruqla hədələyir".
Rusiya Kommunist Partiyasındakı mənbə isə iddia edib ki, Lenin ümumiyyətlə ölməyib.
"Onu əsrin əvvəlində dondurdular və bu gün o, yenidən dirilərək, hakimiyyəti xalqa qaytarmağa hazırlaşır", - kommunist şövqlə bildirir.