Polineziyadakı Tonqo krallığının sakinlərindən biri səmada Müqəddəs Məryəmin obrazını çəkdiyini iddia edir.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, 47 yaşlı Coui Mateyl ötən həftə səmada tənha bulud görüb. Bulud Günəş şüaları altında işıq saçırdı.
Mateyl smartfonla bu buludu çəkib və şəklə baxanda ekranda Müqəddəs Məryəmin obrazını görüb.
Foto Tonqatapu adasında çəkilib.
"Məryəm Ananın başının, bədəninin və ayaqlarının dəqiq konturları, habelə buludun işıq saçması əsl möcüzəyə dəlalət edir", - Coui Mateyl söyləyib.
Milli.Az