Qadin.NET / Azərbaycanlı tələbə ilkə imza atıb

Azərbaycanlı tələbə ilkə imza atıb

Azərbaycanlı tələbə ilkə imza atıb

Azərbaycanlı tələbənin hazırladığı layihəni xarici təşkilatlar maliyyələşdirib. 

21 yaşlı gənc Azərbaycanda bir ilkə imza atıb. Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi Şamil Ömərov "Günəş panellərinin iki ox ətrafında avtomatik idarə olunması" layihəsini hazırlayıb. Yəni bu qurğu ilə günəş panelləri avtomatik idarə olunur. Nəticədə müəyyən miqdarda elektrik enerjisi əldə edilir. Qurğunun hazırlanmasına isə bir il vaxt sərf olunub. 

Layihəni Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi maliyyələşdirib. Bu qurğu vasitəsilə əldə olunan enerjidən bir çox sahələrdə istifadə etmək mümkün olacaq. 

Bu qurğunun digər xüsusiyyəti isə əksər detallarının məhz Şamil Ömərovun özünün hazırlamasıdır.

Milli.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

25 fevral 2017
GO BACK