Qadin.NET / Yazda cücərdərəm səni…

Yazda cücərdərəm səni…

Yazda cücərdərəm səni…

Novruz bayramı yaxınlaşdıqca evlərdə baharın rəmzi olan buğda cücərdilir. Həmin cücərtilərin boy atıb səməniyə çevrilməsi üçün bir neçə həftə gözləmək lazımdır. Lakin səməniyə çevrilməyən və bir neçə günlük buğda cücərtisi tibbi baxımdan çox faydalıdır.

Milli.Az xəbər verir ki, Avropa Təbiət Elmləri Akademiyasının üzvü, dərman bitkiləri üzrə tədqiqatçı Elnur Rəhimov AZƏRTAC-ın müxbiri ilə söhbətində buğda cücərtisinin E və B vitaminləri ilə zəngin olduğunu bildirib. Həmin vitaminlər sinir və mədə-bağırsaq sistemi üçün çox xeyirlidir. Cücərdilmiş buğdanın tərkibində olan fol turşusu orqanizmdə gedən qanyaratma funksiyası üçün də mühüm əhəmiyyət daşıyır. Fol turşusu hamilə qadınların əsas vitamini sayılır, çünki immun sisteminə müsbət təsir göstərir, dərini qocalmaqdan qoruyur. Kosmetika sənayesində tərkibində cücərdilmiş buğdadan alınmış yağ olan çoxlu krem və maskalar istehsal edilir.

Cücərtinin tərkibində olan sink cinsiyyət sisteminə müsbət təsir edir. Sonsuzluqdan əziyyət çəkən kişilərin müalicəvi məqsəd üçün ondan istifadə etməsi məsləhətdir.

E. Rəhimov dedi: "Şəxsi təcrübəmdə hazırladığım buğda rüşeymli məcunundan çox istifadə edirəm. Əbəs yerə deyil ki, kaloriliyinə görə onu bəzən "idmançı yeməyi" də adlandırırlar".

Milli.Az

25 fevral 2017
GO BACK