Qadin.NET / "WhatsApp"ın bu yeniliyi narazılıqlara səbəb oldu

"WhatsApp"ın bu yeniliyi narazılıqlara səbəb oldu

"WhatsApp"ın bu yeniliyi narazılıqlara səbəb oldu

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi "WhatsApp"ın Android platformalı smartfonlar üçün son yenilənməsi çoxlarının narazılığına səbəb olub.

Milli.Az "gazetevatan"a istinadla bildirir ki, bu yeniliyə görə, artıq "WhatsApp Web" kompüterdə açıq olduğu zaman telefonun ekranına bu barədə bildiriş gəlir. Ən pisi isə odur ki, bu bildirişi silmək olmur və "notification"ların başında dayanır.

Qeyd edək ki, istifadəçilərin çoxu sosial mediada yazdıqları şərhlərlə bu yeniliyin ləğv edilməsini rica ediblər.

Milli.Az

24 fevral 2017
GO BACK