Beynəlxalq Kosmos Gəmisində (İSS) 6 ay işləyən alman kosmonavt Aleksander Gerst kosmosda tək olmadığımızı açıqlayıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Gerst 2018-ci ildə yenidən İSS-də uçacaq.
O, Marsın həyatın sirrini açmağa kömək edəcəyini düşünür.
"Mən kosmosda tək olmadığımızı təsəvvür edə bilirəm. Mars bizə özümüz haqqında bir çox gizli məlumatı açmağımıza kömək edə bilər", - deyə o bildirib.
Kosmonavtın fikrincə, Marsda həyat var.
"Biz bunu aşkarlamalıyıq. Əgər bizim həyatımıza bənzəyirsə, deməli, köklərimiz eynidir. Əgər bunun əksinədirsə, o zaman yeni həyatın olduğu dəqiqləşir", - deyə o bildirib.
Qeyd edək ki, Gerst 2014-cü ildə İSS-də 6 ay uçub.
Milli.Az