Britaniyanın Kral Hərbi-Dəniz Donanmasının (Royal Navy) komandanlığı hərbçilərə gəmilərdə internet vasitəsilə pornoqrafik materiallara baxmağı və ya gəmilərdə pornoqrafik jurnalları saxlamağı yasaqlayıb.
Milli.Az Daily Star-a istinadən bildirir ki, qərar hər iki cinsdən olan hərbi dənizçilərin çoxsaylı şikayətlərindən sonra qəbul olunub.
Britaniya HDQ-sində pornoqrafiya hələ 2013-cü ildə qismən yasaqlanmışdı. Lakin indi yasaq əxlaqsız məzmunlu istənilən elektron və ya çap daşıyıcılara şamil olunub.
Hərbi dənizçilərə şəxsi əşyaları arasında sevgililərinin və ya arvadlarının açıq-saçıq fotolarını saxlamaq da qadağan olunub: "Arvadlarınızın açıq-saçıq şəkillərini saxlamayın".
Hərbi gəmilərdə kayutlara son standart baxış zamanı çoxsaylı pornoqrafik materiallar aşkarlanmışdı. Dənizçilərin bu materialları gəmilər Cənubi Amerikada və ya Karib dənizində limanlara yan alanda əldə etdikləri güman olunur.
Milli.Az