Samia Lilanı "dünyanın ən cəsur ofisiant qadını" adlandırırlar. O, gerçəkdən də qorxmaz, cəsarətli xanımdır. Əks təqdirdə nəhəng qoananın quyruğundan tutub çölə çıxara bilməzdi.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Avstraliyanın Yeni Cənubi Uels əyalətindəki Qold Kostda, "Mimosa Winery" restoranında baş verib.
Nahar saatlarında restorana 1,8 metr uzunluğunda nəhəng qoana varanı girib. Restorandakı müştərilər yırtıcı varanı görəndə qorxub, qışqırıblar.
Samia Lila isə özünü itirməyib.
O, nəhəng qoana varanının quyruğundan yapışıb və çölə çıxarıb.
Sosial şəbəkələrdə Samianı artıq "Goanna Girl" adlandırırlar.
Milli.Az