Qadin.NET / Ermənilər Ağdamda çobanları atəşə tutdular

Ermənilər Ağdamda çobanları atəşə tutdular

Ermənilər Ağdamda çobanları atəşə tutdular

Erməni silahlı qüvvələri Ağdam rayonunda dinc sakinləri atəşə tutub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında Ağdamın Ayaq Qərvənd kəndinin otlaq sahələrində çobanlar atəşə məruz qalıblar. Çobanlar atəşdən yayına bilsələr də, kənd sakini Mehman Məmmədova məxsus iki qoyun tələf olub.
 
Azərbaycan Ordusunun cavab atəşindən sonra düşmən susdurulub, çobanlar ərazidən uzaqlaşıblar.

Milli.Az

22 fevral 2017
GO BACK