Artıq bahar fəslinin gəlməsinə az qalıb. Bu gün isə ölkəmizdə Su çərşənbəsi qeyd olunur.
Axşam.az saytı hər çərşənbə axşamını bir tanınmışla qeyd etmək qərarına qəlib. Novruz bayramının ilk çərşənbəsi qonaq müğənni Samira Allahverdi və qızı Məryəm olub.
İfaçı fotolar çəkdirməklə yanaşı, Novruz xatirələrini də bölüşüb:
"Novruz bayramını və ümumiyyətlə, bayramları xüsusi qeyd etmirəm. Nədənsə indi hər şey adiləşib. Bilmirəm biz böyümüşük, yoxsa zaman bizi dəyişdirib? Uşaq olanda yadımdadır ki, qohum-əqrəba bir yerə yığışardı, şirniyyat bişirilərdi. Evlərə papaq atırdıq və sevincimizdən həmin ailələrə də pay verirdik. İndi kiməsə papaq atanda əsəbləşir, qapını açmaq istəmir. İnsanların xasiyyəti, düşüncələri dəyişib. Uşaqlığımızda yediyimiz şəkərbura, qoğalın indi dadı-duzu qalmayıb".
Müğənni bayram şirniyyatı çox da sevmədiyini deyib:
"Şirniyyatı sevmirəm. İstəyərdim ki, şirniyyat yeyəm, amma orqanizmim qəbul etmir. Ola bilər ki, yarım qoğal səhər-səhər şirin çayla yeyim".
Milli.Az