Türkiyəli həkim-psixoloq Naciye Tokaç cinsi həyatla bağlı düzgün qəbul edilən səhvlər haqqında maraqlı məlumatlar verib.
Milli.Az lent.az-a istinadən həmin faktlarla sizi də tanış edir.
1. İnsanlar arasında belə bir fikir formalaşıb ki, kişilər bir qadından sadəcə seks istəyir, qadınların isə cinsi həyatdan xoşları gəlmir. Həkim bildirir ki, qadın və kişi bioloji quruluş və hormonal baxımdan fərqli olduqları üçün cinsi həyatları da fərqlidir. Qadınlar münasibətdə ilk növbədə sevgi və eşq axtarırlar, kişilər isə cinsi doyumluq arxasınca qaçırlar. Bu cür vəziyyət iki cinsin nümayəndəsinin sevgi axtarmaq və hiss etmələri baxımından fərqli olduqlarından irəli gəlir.
2. Qadın üçün münasibət və romantika sevgini ifadə edir. Kişi isə eşq və sevgini seks vasitəsilə ifadə edir. Bir qadın seksdən əvvəl sevgi hiss etmək istəyir, lakin sevdiyi insana qarşı cinsi istəyi də olur. Bir kişi isə sevgini hiss edə bilməsi üçün cinsi münasibəti vacib hesab edir. Bu ən təməl fərqliliklər bilinmədiyi üçün bir qadın kişinin sadəcə seks arxasınca qaçdığını düşünür. Kişi isə qadının romantik hisslərini düzgün qiymətləndirmir və elə düşünür ki, qadınların cinsi münasibətdən xoşu gəlmir.
3. N. Tokaç qadın və kişinin cinsi əlaqədən aldığı həzz hislərinin fərqli olduğunu deyir. Buna görə də qadın və kişinin aldığı həzzin mərhələləri də fərqlidir: "Kişi birlikdə olmağa hazır olduğu vaxtdan etibarən özünü həzz almağa kökləyir. Qadını isə daha çox alacağı doyum maraqlandırır. Qadının cinsi əlaqədən həzz alması üçün hazırlaşması, özünü kökləmə və həyəcan müddətini yaşaması lazımdır. Kişi üçün o saat həzzə çatmaq vacibdir, qadın isə hiss etdiyi həyəcanın davam etməsini arzulayır".
4. Burada diqqət edilməsi lazım olan bir məqam da kişinin həzz alması dedikdə qadına əhəmiyyət verməməsi və sadəcə özünü zövq almağa kökləməsi mənasına gəlmir. Birlikdə olduğu qadının həyəcanını və doyumunuı təmin etmək də kişi üçün vacibdir.
5. Həkim əlavə edir ki, cinsi əlaqə zamanı danışmaq düzgün deyil fikri səhvdir. Cinsi uyğunluğu təmin etmək üçün qadın və kişinin cinsi əlaqə zamanı bir-birilərinə qarşı açıq və rahat olmaları vacibdir: "Cinsi münasibət zamanı bəzi cütlüklər danışır, bəziləri isə yox. Cütlüklərdən birinin tərəf müqabilinin ondan nə istədiyini bilməməsi və öz istədiklərini etməsi onun bivec olmasından xəbər verir. Bu cür halların baş verməməsi üçün cütlüklər birlikdə olan zaman istədikləri, xoşladıqları və xoşlamadıqlarını bir-biriləri ilə paylaşmalıdırlar".
6. İnsanların çoxu bütün cinsi münasibətlərinin həzlə bitməsini istəyir. Cinsi münasibət hər iki tərəfin cinsi doyum yaşadığı və yaxınlıqlarının daha da artdığı bir fəaliyyətdir. Hər bir cinsi əlaqədən doyum gözləmək düzgün deyil. Vacib olan qadın və kişinin bir-birinə yaxınlaşması və aralarındakı sevgi bağlarının möhkəmlənməsini təmin etməkdir.
7. Həkim bildirir ki, insanlar arasında masturbasiya ilə bağlı fikirlər də müxtəlifdir. İnsanların çoxu bunun zərərli olduğunu deyir. Xüsusən də nizamlı olaraq cinsi əlaqədə ola bilməyənlər masturbasiya etməklə təbii ehtiyaclarını ödəyirlər. Bu, həm də cütlüklərin öz istək, həzz və doyma məqamlarını tanımaları baxımından da faydalıdır. Burada vacib olan odur ki, masturbasiya sizi tərəf müqabilinizdən uzaq salmasın.
8. Sirr deyil ki, qadın və kişi cinsi həyatlarında müəyyən problemlər yaşayır. Həkim bildirir ki, qadınlarda olan vaginal problemlər (cinsi əlaqəyə daxil ola bilməmək), diskomfort (ağrılı cinsi əlaqə yaşamaq), cinsi istəksizlik və orqazm olmamaq kimi problemlər yaşanır. Kişilərdə isə ereksiya problemləri, tez boşalma və cinsi istəksizlik kimi problemlər ola bilər. Bu və başqa problemlər yaşayan cütlüklər psixoloq və ya həkimə müraciət edə bilərlər.
Milli.Az