Qadin.NET / Beyindən pis xatirələri yox edəcəklər

Beyindən pis xatirələri yox edəcəklər

Beyindən pis xatirələri yox edəcəklər

Alimlər "acı xatirələrin" beyindən "silinə" biləcəyini prinsip etibarilə sübut ediblər.

Belə bir hadisə fantastika janrında çəkilmiş məşhur "Ləkəsiz zəkanın əbədi parıltısı" filmində təsvir edilib.

Siçanlar üzərində aparılmış təcrübələrdən aşkar edilib ki, elektrik vurmasını xarakterizə edən səslə bağlı qorxulu xatirəni "yandırıb-söndürmək" mümkündür.

Milli.Az BBC-yə istinadən bildirir ki, lakin alimlər deyiblər ki, belə bir təcrübənin insanlar üzərində aparılması etik suallar doğurur və buna görə də hələ tezliklə baş verməyəcək.

Bununla belə, onlar inanırlar ki, bu metoddan nə vaxtsa gələcəkdə, məsələn bəzi insanlardakı "post-travmatik stres" pozuntusunun aradan qaldırılması və ya narkotik maddə aludəçiliyinə son qoyulması üçün istifadə edilə bilər.

Amerikanın Elmi Tərəqqi Assosiasiyasının Bostonda keçirilən illik konfransında çıxış edən professor Sheena Josselyn deyib ki, alimlər beynin "xatirələr yığılan konkret hüceyrələrini" aşkar ediblər.

"Odur ki, hiz indi xatirələrin cəmləşdiyi həmin nahiyəni hədəfləyə bilərik - deyib alim, - Beynin həmin hissəsində hüceyrələrin fəaliyyətini tormozlamaq mümkündür...Bu bir növ xatirələrin yaddaşdan silinməsidir".

Təcrübə zamanı "yaddaşı silinmiş" siçanlar elektrik səsinə elə də reaksiya verməyiblər.

Bu da bəlli olub ki, beynin sözü gedən hissəsindəki hüceyrələrin yenidən hərəkətə gətirilməsi xatirələri və yaddaşı bərpa edir.

"Beləliklə, biz yaddaşı istədiyimiz vaxt "yandıra" və istədiyimiz vaxt "söndürə" bilərik" - deyib alim.

Alimin sözlərinə görə burada ən xoşagələn məqam budur ki, xatirə problemini həll edərkən bütün beyni təsirə məruz qoymağa ehtiyac qalmır.

Toronto Universitetinin professoru Josselyn deyib ki, gələcəkdə "istiyə tuşlanan raket" kimi beynin lazım olan hissəsini hədəfləyən preparatlar hazırlana bilər.

"Ləkəsiz zəkanın əbədi parıltısı" adlı filmdə ər-arvad ayrıldıqdan sonra biri digərinin yaddaşındakıları pozmağa cəhd edir. Lakin filmdə heç də hər şey onların planlaşdırdığı kimi olmur.

Alimlər bunu da deyirlər ki, beyində "pis xatirələrə" cavabdeh olan yalnız bir neçə hüceyrə var və onları hədəfləyərkən başqa hüceyrələr də zədələnə bilər.

Amma əgər xatirələr insanın ömrünü alt-üst edirsə, alimlərin fikrincə, kompromisə getmək olar.

Professor Josselyn deyir ki, burada etika başlıca problemdir.

"Çünki biz müəyyən mənada xatirələrimizin məcmusuyuq" - deyir alim.

Alimin fikrincə, yaddaşla birlikdə səhvlər və səhvlərdən öyrəndiymiz təcrübələr də silinə bilər.

İnsan beynində xatirələr enqram deyilən hissədə toplaşır. Bu hissədəki hüceyrələr müəyyən ardıcılıqla "atəş aça" bilir.

Milli.Az

20 fevral 2017
GO BACK