Qadin.NET / Həqiqəti ailəsindən makyajla 7 il gizlətdi

Həqiqəti ailəsindən makyajla 7 il gizlətdi

 

Həqiqəti ailəsindən makyajla 7 il gizlətdi

 

Maria adlı 19 yaşlı gənc qız 7 ildir ailəsindən və dostlarından böyük bir sirri gizlədə bilib.

İnsanların onu makiyajsız gördüklərində sorğu-suala tutacaqlarını, lağ edəcəklərini düşünüb. Maria nəhayət ekran qarşısına keçib və canlı yayımda makiyajını silib xəstəliyindən bəhs etmək qərarına gəlib. Marianın "vitiliqo" adlı dəri xəstəliyi olduğu məlum olub.

Maria və digər vitiliqo xəstələri sayəsində insanlar yavaş-yavaş bu xəstəliyi tanımağa başlayırlar və bu cür insanlara baxışlar az da olsa dəyişir.

Maria barmağında ağ bir nöqtə gördüyündə hələ 11 yaşı var idi. Əvvəl çox üstünə düşməyib. Anasına göstərdiyində zamanla keçəcəyini söyləyib. Ancaq bir neçə ay sonra Marianın bütün bədənində ağ nöqtələr çıxmağa başlayıb. Maria "The Mirror"a: "Sonda diaqnoz qoyulduğu üçün rahatladım. Ancaq xəstəlik haqqında daha çox məlumat sahibi olmağa başladıqca için-için kədərlənməyə başladım", -deyib.

Maria yetkinlik dövrünə girincə isə xəstəliyi və görüntüsü mövzusunda daha da həssaslaşmağa başlayıb. Aynanın qarşısında saatlarla dayanır və ağ ləkələri "bağlamaq" üçün makiyaj etməyə çalışırdı. Maria o anları: "İnsanlara yaxın düşə bilmirdim. Kimsəni sifətimə toxunmağa qoymurdum. Çöldə makiyajım pozulacaq və sifətim görünəcək deyə çox qorxurdum. Davamlı olaraq aynadan gözümü çəkmirdim", -deyib.

Maria Baltimor Universitetində oxumağa başlayınca isə həyatı dəyişib. Yeni bir mühitə girmək və təhsilli insanların arasında olmaq Marianın özünü yaxşı hiss etməsinə imkan yaradırdı. İlk dəfə universitetdə qrup yoldaşlarına sirrini açıqladı və hər kəs anlayışla qarşıladı.

Həqiqəti ailəsindən makyajla 7 il gizlətdi

Həqiqəti ailəsindən makyajla 7 il gizlətdi

Məhəmməd Vaqif

Milli.Az

18 fevral 2017
GO BACK