Qadin.NET / Bu robot evdar xanımların işini asanlaşdıracaq

Bu robot evdar xanımların işini asanlaşdıracaq

 

Bu robot evdar xanımların işini asanlaşdıracaq

 

Bu robot evdar xanımların işini asanlaşdıracaq.

Milli.Az bildirir ki, bir çox insanlar işdən evə yorğun gəldikləri üçün yemək bişirə bilmirlər. Bu səbəbdən əksər insanlar satışda olan hazır qidalara üz tuturlar. Bu qidalar da təbii ki, hər birimizin sağlamlığına zərərlidir. Elə bu səbəbdən də London mərkəzli bir şirkət, mətbəxdə hər bir işinizi edə bilən robot asistent inkişaf etdirib. Moley Robotik adlı şirkət mətbəxiniz üçün "robochef" adlı robot asistentini təqdim edib.

Robot ilk növbədə insan hərəkətlərini yaddaşına yazır. Daha sonra isə bunları son dərəcə həssas hərəkətlərə çevirərək reallaşdırır. Verilən məlumatlara görə şirkət, robotu bu ildən etibarən bazara təqdim edəcək. "Robochef" sizin üçün yemək bişirməkdən əlavə, qablarınızı yumağa da köməkçi olacaq. Əlavə tətbiqdən istifadə edərək uzaqdan nəzarət edə biləcəyiniz robota, evə gəldiyinizdə yeməyinizin hazır olmasını sifariş edə bilərsiniz.

Əlbəttə ki, bu qədər təcrübəli texnologiyanın qiyməti ucuz olmayacaq. Bu robota sahib olmaq üçün siz 15.000 dollar pul ödəməli olacaqsınız. Lakin ümid edirik ki, qiymət zamanla hər hansı bir yeni texnologiyada olduğu kimi azalacaq.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda, həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqda xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq "Texno Park"ı izləyin. 

"Texno Park" bazar günü saat 18:00, təkrarı isə çərşənbə axşamı, saat 21:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında!

https://www.youtube.com/TexnoPark

https://www.facebook.com/AZTexnoPark/

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz:

Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

Milli.Az

18 fevral 2017
GO BACK