Qadin.NET / Türkiyədə dənəsi 5-10 manata olan yaşıl yumurta satılır

Türkiyədə dənəsi 5-10 manata olan yaşıl yumurta satılır

 

Türkiyədə dənəsi 5-10 manata olan yaşıl yumurta satılır

 

Əskişəhərdə bir ailə təsərrüfatında saxladığı toyuqların yumurtaları ilə məhşurlaşıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, İsmət və Halimə Qoç ailəsinin saxladığı bu toyuqlar yaşıl rəng yumurta yumurtlayırlar.

Onların dediklərinə görə, hazırda təsərrüfatlarında 128 toyuq var. Onlar yumurtanın bir ədədini 10-20 lirəyə (təxminən 5-10 manat) satırlar. Toyuqların qiyməti 200-300 türk lirəsi arasında dəyişir. Dediklərinə görə, yaşıl yumurta təkcə rənginə görə deyil, xüsusi özəlliyi də ilə fərqlənir. Çünki bu yumurtalar bronxial astma xəstələri üçün təbii dərmandır.  

İsmət Qoç işsiz gənclərə sərmayəsi aşağı, ancaq tələbatı çox olan bu sahəyə maraq göstərmələrini tövsiyə edir.

Milli.Az

15 fevral 2017
GO BACK