Qadin.NET / Sumqayıtda sevənləri ayrılmağa qoymayan qıfıl

Sumqayıtda sevənləri ayrılmağa qoymayan qıfıl

Sumqayıtda sevənləri ayrılmağa qoymayan qıfıl

Sumqayıta səfər edən hər kəs "Sevgi Körpüsü"nü tanıyır.

Xüsusən də gənclər arasında belə ad qazanan körpü "Nəsimi" adına Mədəniyyət və İstirahət Parkının ərazisində yerləşir.

Milli.Az ARB 24-yə xəbər verir ki, körpü sakinlərin ən çox şəkil çəkdirdiyi yerlərdən biridir.

Bura həm də cütlüklərin görüş yeridir. Sevənlər körpünün dəmir konstruksiyalarında adlarını yazaraq bir-birlərinə qarşı olan məhəbbətlərini ifadə ediblər. Burada ürək şəklində maraqlı metal konstruksiya da quraşdırılıb. Onun aşağı hissəsində isə bir sandıq var. Sevgililər qıfıllarını həmin ürəyə bağladıqdan sonra açarı dəmir sandığa atırlar. Həmin sandığın açarının isə kimdə olduğu bilinmir. Bura artıq 100-ə yaxın qıfıl vurulub.

Bu cütlüklərdən biri olan Eminovlar ailəsi də bura qıfıl vuranlardandır. Cütlüklərin tanışlıq məkanı da elə bura olub: "3 il öncə tanış olmuşduq burada. Mən də sevgililərə məsləhət verirəm ki, bura gələndə adamın sevgisi artır. Biz burada öz qıfılımız bağladıq".

Bu məkanda təkcə gənclərin deyil, yaşlı nəslin də xatirələri olub. Hələ keçmiş SSRİ dövründən bu körpüdə insanlar xoş günlərini qeyd ediblər.

Belə bir ənənə sevginin əbədiliyini simvolizə edir. Açarı itən qıfılı heç kimin aça bilmədiyi kimi, bu sevgililəri də heç kimin ayıra bilməyəcəyinə inanırsan.

Milli.Az

15 fevral 2017
GO BACK