2015-ci ildə "Bozun 50 çaları" filmi ilə məşhurlaşan aktrisa Dokada Consun müsahibə verib. O, ekran işinin ikinci hissəsi olan "50 çalar daha tünd"dən bəhs edib.
Milli.Az axşam.az-a istinadən müsahibəni ixtisarla təqdim edir:
- "50 çalar daha tünd" tamaşaçıların ixtiyarına verildi. İlk hissədən fərqi nədir?
- İlk hissədə obrazları, xasiyyətləri göstərdik. İzləyici Kristian və Anastasiyanın kim olduqlarını nümayiş etdirdik. İkinci filmdə isə Anastasiya daha yetkin qadın kimi təqdim olunub. Burada münasibətin xırdalıqlarını nümayiş etdirdik.
- İlk hissədə tərəf müqabiliniz Ceymi Dornanla yeni tanış olmuşdunuz. İndi isə iki yaxın dostsunuz. Ekran işindəki ehtiraslı səhnələri əvvəl çəkmək rahat idi, yoxsa dost olduqdan sonra?
- İlk filmdə yeni tanış olmuşduq. İkinci və üçüncü filmi isə eyni vaxtda çəkdik. 6 ay çəkiliş məkanında birlikdə olduq. Ehtiraslı səhnələrlə yanaşı filmdə hisslər və dostluq var. Bizim də dost olmağımız bu rolun öhdəsindən yaxşı gəlməyimizə kömək etdi.
- Kristianın 15 yaşında başına gələnləri bildikdən sonra Anastasiya onu başa düşməyə başlayır.
- Anastasiya ilk gündən onu başa düşməyə, onun hər şeyi etiraf etməsinə çalışır. Kristian danışdıqdan sonra da, etdiklərini başa düşür.
- Sonra da eşqin sağaldıcı halı işə başlayır...
- Bunu filmi izləyənlər görəcəklər. Hər halınla qəbul edilmək və sevilmək, müalicə edən, şəfa verən bir haldır.
- Bədəninizi necə belə rahat nümayiş etdirirsiniz? Bu özünəgüvəni hardan almısınız?
- Anamdan. Anam hər zaman "Qadın olmaq çox gözəl bir şeydir. Bədənin necə olursa olsun onu sev. Əgər gözəl bədənə sahibsənsə, onu gizlətmə" deyir.
- Çəkiliş zamanı yadınızda qalan və sizi xoşbəxt edən hal var?
- Parisdə olduğumuz ərəfədə oradakı opera teatrı bizə görə bağladılmışdı. O salonun içində məni görsəydiniz... Dünyadakı son günümdür kimi, atdanıb-düşürdüm. Çox gözəl və özəl idi. O anı heç vaxt unutmayacağam.
- Tanınmış bir cütlüyün qızısınız. Bu işi edəndə onların münasibəti necə oldu?
- İkisi də məni hər zaman qoruyur. Amma bu işi edəcəyimi deyəndə, etiraz bildirmək şansları olmadı. Etdiyim işləri dəstəkləyir, filmlərimi izləyirlər. Amma bu filmi onların izləməsini istəmirəm.
- Anastasiya obrazını oynadığınız üçün heş peşman oldunuz?
- Bəzən bu cür filmlər pis təsir bağışlaya bilir. Etdiklərimə heç vaxt peşman olmuram. Amma bu filmə çəkildiyim üçün pozitiv də deyiləm. Dəyişik düşüncələr arasındayam. Bəzən özümü pis hiss edirəm, bəzən qorxuram.
- Kristian qadını öz istədiyi kimi yönəldir. Real həyatda sizi qəlibə salmağa çalışanda nə hiss edirsiniz?
- Sosial mediaya və dünyaya özümü tanıtmağa çalışmaqdan yoruldum. Haqqımda bir tənqid varsa, bunu dəyişə bilmərəm. Yanlış olsa da dəyişməyə və ya açıqlama verməyə can atmaram. Peşəm aktrisalıqdır, işim də filmə çəkilməkdir. Kiminsə məni başa düşməyini gözləmirəm. İnsanları razı salmaq üçün heç bir şey deyəməcəm. Həm həssas, həm də sərtəm.
- Bu filmdən sonra sevgili tapmaq çətinləşdi?
- Sevgilim yoxdur. Evdən çıxıb, bir az cəmiyyət içinə qatılsam, sevgili tapa bilərəm.
- Evdən çıxmırsınız?
- Əsl ev quşuyam. Küçədə diqqət mərkəzində olmaqdansa, evdə oturmağa üstünlük verirəm.
- Evdə nə edirsən?
- Yemək hazırlayıram. Çox dadlı yemək bişirirəm. Hər şey hazırlaya bilirəm.
Milli.Az