Hər kəsin özünəməxsus vərdişləri olur. Çoxu sonradan qazanılsa da, doğulduğu gündən asılı olaraq onu təsiri altına alanlar da var. Məsələn, himayəsi altında olduğu bürcün təsiri ilə qızların xoşladıqları, üstünlük verdikləri və tərgidə bilmədikləri bir çox vərdiş var.
Milli.Az publika.az-a istinadən bürclərə görə qızların qeyri-adi vərdişlərini təqdim edir.
Qoç bürcü
Qapalı şəraitdə çox qala bilmir.
Baş geyimlərini sevir.
Avtomobili çox sürətlə idarə etməyi xoşlayır.
Bərkdən danışır və çox gülürlər.
Buğa bürcü
Onlar həmişə bir neçə çanta və pul kisəsi gəzdirir.
Tez-tez ətir vurur.
Evdə gül-çiçək yetişdirir.
Kəkilli saç stilini sevirlər.
Əkizlər bürcü
Ünsiyyət zamanı əl-qolla çox danışır.
Telefondan bir saniyə belə ayrıla bilmirlər.
Otağın pəncərəsini açıq saxlayırlar.
Səyahət etməyi xoşlayırlar.
Evdə heç vaxt işsiz-gücsüz oturmurlar.
Xərçəng bürcü
Özünün bütün uşaqlıq oyuncaqlarını saxlayırlar.
Tuşsuz heç yerə getmirlər.
Alış-veriş zamanı həmişə mübahisə edirlər.
Köhnə əşyaları heç vaxt atmırlar.
Şir bürcü
Söhbət zamanı həmişə saçları ilə oynayır.
Yalnız qiymətli qızıl-zinət əşyaları taxır.
Hər zaman özü ilə güzgü gəzdirir.
Bahalı brend həvəskarıdır.
Qız bürcü
Əllərini tez-tez yuyur.
Ətir vurmadan küçəyə çıxmır.
Dodaqlarını dişləyir.
Darıxanda barmaqları ilə oynayır.
Tərəzi bürcü
Küçəyə çıxanda, hətta ehtiyac olmasa belə, mütləq nə isə alır.
Özü ilə həmişə kosmetika gəzdirir. Ətirsiz yaşaya bilməz.
Brend xəstəsidir.
Oturanda ayaqlarını titrədir.
Əqrəb bürcü
Ən qəribə vərdişləri seks zamanı özünü göstərir.
İpək və krujeva paltarları sevir.
Pomadanın köməyi ilə cazibəsini vurğulamağı xoşlayır.
Oxatan bürcü
İşgüzar geyim üslubuna nifrət edirlər.
Mavi və bənövşəyi rəngli geyimlər qarderobunda çoxluq təşkil edir.
Kiçik və qapalı məkanları sevmir.
Lotereya, ya kazino oyunları aludəçisidir.
Eksterimal idman növlərini sevir.
Oğlaq bürcü
Hətta yatanda da qol saatı taxır.
Ətri tez-tez dəyişirlər.
Yenilikləri sevmir. Hər zaman eyni yerlərə gedir.
Qeyd kitabçasını daim özüylə gəzdirir.
Dolça bürcü
Maliyyə vəziyyətindən asılı olmayaraq, brilyanta üstünlük verir.
Həmişə bahalı və bnred eynəklər taxır.
Qaranlığı sevmirlər.
Balıq bürcü
Ayaqqabı dəlisidir. Onların böyük ayaqqabı kolleksiyası var.
Gəzərkən tələsirlər.
Manikür etmədən evdən çıxmaq onlar üçün böyük qəbahətdir.
Çay və qəhvə isə həyati əhəmiyyətə malikdir.
Milli.Az