Qadin.NET / Uğurlu CV necə olmalıdır?

Uğurlu CV necə olmalıdır?

Uğurlu CV necə olmalıdır?

"Neçə yerə CV göndərmişəm amma cavab gəlmir ki, gəlmir" deyənlər ekran başına yaxın əyləşin. Bu o deməkdir ki, iş axtarıb tapmayanların etdiyi səhvləri siz də edirsiniz.

Hazır ki ,dövrdə hər hansısa bir şirkətə qəbul olmaq üçün ən vacib şərtlətdən biri düzgün CV-nin olmasıdır. Artıq ənənəvi CV formaları öz effektini itirməkdədir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, insan resursları işçiləri bu tip köhnə CV-lərə ya baxmır, ya da qeyri peşəkar hesab edirlər.

Adətən işəgötürənləri Google, Facebook kimi tanınmış şirkətlərdə istifadə olunan cv formaları cəlb edir.Və elə üstünlük də həmin CV sahiblərinin tərəfində olur.

Bakıda da sırf CV üzrə peşəkarlaşmış bu işi görən artıq bir neçə belə şirkət var.

Sifarişlə hazırlanan CV-lərin internetdə olan hazır formalardan əas fərqi məlumatların yığcam,düzgün olması və konkret tələb olunan işə uyğun məlumatların yazılmasıdır.

Mütəxəsislər CV hazırlayarkən ilk olaraq vakansiyaya uyğun məlumatların qabardılmasını vacib sayır.Çalışın ki,müraciət etdiyiniz işə aidiyyatı olmayan məlumatlar CV nizdə olmasın.Və iş təcrübəsi,təhsillə bağlı məlumatlar ən başda qeyd edilsin.Vakansiyaya aidiyyatı olmayan təlim və treninqlər isə ümumiyyətlə olmasın.

Əksər işə götürənlər CV də olan yaşayış yeri, əlaqə nömrələri kimi məlumatlardan daha çox sosial şəbəkələrdə olan hesablarınızda sizi tanımağa maraqlıdır.

Bu isə sizə üstünlüklə yanaşı bir sıra problemlər də yarada bilər.Beləki paylaşdığınız hər hansısa mənfi fikirlər və müdirinizin görməsini istəmədiyiniz statuslarınız sizə elə ilk başdaca problemlər yaradar.

İş axtaranlar nəticə əldə etmək üçün çalışın elə CV hazırlayın ki, CV niz nəinki insan resurlarından hətta daşdan belə keçsin.

Milli.Az

13 fevral 2017
GO BACK