Qadin.NET / Tanınmış aktrisamız vəfat etdi

Tanınmış aktrisamız vəfat etdi

Tanınmış aktrisamız vəfat etdi

21:14

Kübra Dadaşova bu gün axşam saatlarında dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, onun şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Əməkdar artist K.Dadaşova  sabah dəfn olunacaq.  

Kübra Dadaşova 31 avqust 1957-ci ildə doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. O, yaradıcılıq fəaliyyətinə 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb. 16 may 2006-cı ildən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.

---------

19:24

Gənc Tamaşaçılar Teatrının aktrisası,əməkdar artist Kubra Dadaşova bu dəqiqələrdə rəhmətə gedib.
Xəbəri Milli.Az-a aktrisanın yaxınları da təsdiqləyib.

Əli Rəhimoğlu
Milli.Az

13 fevral 2017
GO BACK