Həmişə mətbəxinizdə olan qabartma tozu ilə dəri sallanmalarının qarşısını ala və dərinizi yeniləyə bilərsiniz.
Milli.Az lent.az-a istinadən dəri sallanması problemi olanlar üçün qabartma tozu maskasını təqdim edir.
Bir paket qabartma tozu
Bir neçə çay qaşığı isti su
Qabartma tozuna bir neçə çay qaşığı isti su damcıladın. Qarışdırın. Su azdırsa, bir az əlavə edə bilərsiniz. Hazırlanmış maskanı sallanan bölgənizin üzərinə sürtün və təxminən 20 dəqiqə gözləyin. Ardından ilıq su ilə durulayın. Sızanaq probleminə faydalı olan bu maska dərinin problemsiz və gənc görünməsinə kömək edəcək.
Qabartma tozu maskanızı üzünüzə, qollarınıza və çənə altınıza rahatlıqla sürtə bilərsiniz.
2 həftədən bir çəkmək məsləhətdir. Çox istifadəsi dəriyə zərər verə bilər.
Milli.Az