AzVision.az xəbər verir ki, bu barədə məlumatı “Daily Mail” yazıb.
Nəşr təyyarənin “Qətər Hava Yolları”na aid olduğu iddia edib. Qeyd olunub ki, quşların təyyarə içində uçmaması üçün qanadları və gözləri bağlanıb.
Bildirilib ki, ərəb ölkələrində şahin və ya digər yırtıcı quşların təyyarə ilə daşınmasına icazə verilib. Belə ki, sərnişin təyyarəsində 8 quşun daşınması pulsuzdur. Lakin quşların sayı artıqca biletlərin qiyməti 180 ilə min dollar arasında dəyişir.