Qadin.NET / Uşaqları planşetdən uzaqlaşdırmağın YOLLARI

Uşaqları planşetdən uzaqlaşdırmağın YOLLARI

 

Uşaqları planşetdən uzaqlaşdırmağın YOLLARI

 

Evdə, restoranda, parkda, alış-veriş mərkəzində və ağılınıza gələ biləcək hər yerdə uşaqların əlində netbuk, telefon, planşet görürük. Bəzi valideynlər uşaqları müasir smartfonlardan uzaqlaşdırmaqda çətinlik çəkirlər. Elmi texniki tərəqqi uşaqları öz aludəçisinə çevirib. Lakin qurtuluş yolu var. Bunun üçün uşaqlarınızla birlikdə oyunlar oynaya bilərsiniz.

Milli.Az lent.az-a istinadən uşaqları ağıllı cihazlardan uzaqlaşdırmaq üçün bəzi oyunlar təklif edir.

Mahnını tap
 
Uşağa bildiyi bir mahnını zümzümə edin, hansı mahnı olduğunu tapıb desin.
 
Hansı var, hansı yoxdur?
 
Masanın üzərinə bir neçə əşya qoyun. Uşağa diqqətlə baxmasını deyin. Sonra gözlərini bir bezlə bağlayın və əşyalardan birini gizlədin. Sonra gözlərini açın və ondan hansı əşyanın olmadığını soruşun.
 
Mən kiməm?
 
Ağılınızda bir heyvan seçin. Uşaq sizə o heyvanın xüsusiyyətləri haqqında suallar versin. Cavablarınıza əsasən hansı heyvan olduğunu təxmin etməyə çalışsın.
 
Rəngləri öyrədin
 
Uşağa rəngləri öyrətmək üçün çox əyləncəli bir üsuldur. Ona bir rəng söyləyin və olduğunuz otaqda həmin rəngdə bir obyekt tapmasını istəyin.
 
X şəklində bir obyekt tap
 
Rəngləri öyrətdiyiniz kimi həndəsi fiqurları da öyrədərkən eyni oyunu seçə bilərsiniz.
 
Hansı fərqlidir?
 
Bir kağıza ortaq xüsusiyyətləri olan bir neçə obyekt yazın. Bir dənə də fərqli obyekt əlavə edin. Uşağa fərqli olanı tapmasını istəyin.
 
Tapmaca
 
Uşağın tapa biləcəyi tapmacalar öyrənin. Sonra isə bunları ondan soruşun. Tapmaqda çətinlik çəkdikdə ipucları verin.
 
Hansı əlimdədir?
 
Klassik "hansı əlimdədir?" oyununu uşaqla da oynaya bilərsiniz. Bir əlinizə əşya qoyub arxanızda qarışdırdıqdan sonra uşaqdan tapmasını istəyin.

Milli.Az

10 fevral 2017
GO BACK