ABŞ-ın Kolorado ştatının sakini, Yanik S. adlı qadın "Colorado Lottery"də cek-pota yiyələnib və 3,3 milyon dollar udub.
Milli.Az Mashable-a istinadən bildirir ki, Yanik bu yaxınlarda işdən qovulmuşdu.
Sabiq tibb bacısı işsiz qalandan sonra nə edəcəyini bilmirdi.
"İşdə çox yorulurdum və əslində, tibb bacısı kimi çalışmaq da istəmirdim. 30 ildir lotereya biletləri alıram. Srağagün öyrəndim ki, cek-pota yiyələnmişəm", - Yanik deyib.
Yanik və əri Ceymi uduşu alandan sonra bütün borcları ödəyəcəklərini, evlərini təmir etdirəcəklərini deyiblər.
Milli.Az