Havalar soyuyan kimi əksəriyyətimiz adətən eyni problemlə üzləşirik - boğaz ağrısı ilə. Qışda tez-tez yaşanan boğaz ağrıları vaxtında müalicə edilməzsə, ciddi infeksiyalara çevrilə bilər. Əksərən yuxarı tənəffüs yollarına təsir edən boğaz ağrısı müalicə edilmədiyi halda udqunmada problem, yemədə və danışmaqda çətinlik yaradır. Ancaq bu, o demək deyil ki, boğazınız ağrıyan kimi dərhal antibiotik, müxtəlif dərmanlar qəbul etməlisiniz. Bir sıra sadə qabaqlayıcı üsullarla da boğaz ağrısından xilas olmaq çox asandır.
Milli.Az lent.az-a istinadən boğaz ağrısından qurtulmağın təbii yolunu təqdim edir.
Ərzaqlar:
1 stəkan isti su
2 çay qaşığı darçın
2 çay qaşığı bal
Hazırlanması:
İlk olaraq bir stəkan suyu yaxşıca qaynadın, isti suya darçını əlavə edib qarışdırın və ilıqlanmasını gözləyin. İlıq olmuş su və darçın qarışımına darçının ikiqatı qədərində bal əlavə edin. Balı darçınlı su ilıqlandıqdan sonra qatın, çünki isti su baldakı fermentlərin yox olmasına səbəb olur.
Son olaraq ballı darçınlı qarşımı süzgəcdən keçirin. Yatmadan əvvəl yarısını, səhər qalxanda isə yarısını için.
Boğaz ağrısından tez bir zamanda xilas olacaqsınız.
Milli.Az