Qadin.NET / Azərbaycanda internet asılılığının psixoloji aspektləri öyrəniləcək

Azərbaycanda internet asılılığının psixoloji aspektləri öyrəniləcək

 

Azərbaycanda internet asılılığının psixoloji aspektləri öyrəniləcək

 

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu uşaqlar və gənc nəsil arasında internet asılılığının fərdi-psixoloji aspektlərinin elmi tədqiqatına və psixometrik təhlilinə başlayır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə eksklüziv olaraq institutdan məlumat verilib.

Məlumatda qeyd olunub ki, bu məqsədlər üçün profilaktiki metodlar və psixoloji vəziyyətin qiymətləndirilməsi proqramları mövcuddur: "İnternet asılılığını müəyyən mənada tütündən asılılıq, narkomaniya, alkoqolizm və s. kimi ziyanlı vərdişlərə aid etmək və müvafiq "müalicə" metodları müəyyən etmək olar".

İnstitutdan, həmçinin bildirilib ki, internetdə nə qədər vaxt keçirmək olar, bunun nə kimi fəsadları ola bilər kimi məsələlərlə əlaqədar ilkin məsləhətləşmələr keçirmək yolu ilə profilaktik metodlar da mövcuddur: "Günümüzdə internet asılılığı geniş miqyas alıb. İnsanlar müəyyən mənada virtual reallıqda yaşamağa başlayıblar. Bu isə fiziki və psixoloji pozuntulara gətirib çıxara bilər. Bu gün bir çox ölkə bu problemin tədqiqatı ilə məşğuldur".

Milli.Az

9 fevral 2017
GO BACK