Qadin.NET / Son 25 ilin ən yaxşı rejissorları seçilib

Son 25 ilin ən yaxşı rejissorları seçilib

 

Son 25 ilin ən yaxşı rejissorları seçilib

 

ABŞ-da çıxan populyar "Quartz" qəzeti fevralın 7-də, son 25 ilin dünyanın yüz ən yaxşı rejissorunun reytinqini açıqlayıb. Qəzet reytinq siyahısını hazırlarkən "Metacritic" kinoresenziya saytının məlumatlarından istifadə edib.

Saytın siyahısında ilk yeri amerikalı rejissor Richard Linklater tutub. Linklater "Yeniyetməlik", "Şəfəqdən öncə" və "Gecəyarısından öncə" kimi məşhur filmlərin rejissorudur. Rejissorun reytinqi yüz ballıq sistemlə 88,5 balla qiymətləndirilir.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, son 25 ilin ən yaxşı rejissoru seçilmiş R. Linklater-in ən məşhur filmi "Şəfəqdən öncə"-nin treyleri.

İkinci yerdə 85,7 balla rejissor Mike Leigh ("Kariyeristlər", "Çılpaqlar", "Sirr və yalan" filmlərinin rejissorudur). Üçüncü yerdə isə 85,5 balla iranlı dünyaca məşhur rejissor Jafar Panahi ("Ofsayt", "Çevrə", "Al qırmızı qızıl") dayanır.

Həmçinin ilk onluqda Jean-Pierre Dardenne, Joel və Etah Coen qardaşları, Hirokazu Koreeda, Steven Spielberg, Martin Scorsese, Pedro Almodavar və Werner Herzog kimi rejissorlar var.

Xatırladaq ki, Metacritic kinolara yazılan resenziyaların əsasında filmlərə 0-la 100 bal arası qiymətlər verir. Məsəlçün Damien Chazelle-nin 2016-cı ildə ekranlara çıxmış və Oscara namizəd olmuş filmi "La-La Lend" Metacritic-də haqqında yazılan 53 məqalənin əsasında 93 bala layiq görülüb.

Milli.Az

8 fevral 2017
GO BACK