Smartfon günün əvəzolunmazı hesab olunur. Amma telefondakı hərf və rəqəmlərin müəyyən kombinasiyalarının "məxfi" məlumatları təqdim etdiyini çox az adam bilir. Gündəlik həyatınizda işinizə yarayacaq bəzi kodları təqdim edirik.
Həm vaxt itmir, həm də xərc azalır. Milli.Az Day.Az-a istinadən bildirir ki, məxfi kodları yığmaqla telefonu mütəxəssis yanına aparmadan yönəldə bilərsiniz.
*#*#7780#*#* - Şəkilləriniz, videonuz və musiqiniz olduğu kimi qalır. Şəxsi məlumatlarınıza toxunmadan telefonun sistemini yeni kimi sıfırlayır. Nəticədə telefon tez-tez donmur.
Telefondakı hərf və rəqəmlərin kombinasiyaları işə yarıya bilər.
2767*3855# - Telefonu tam sıfırlayır, hətta kartdakı məlumatları da silir.
*#06#-İstənilən telefonun İMEİ kodunu göstərir
*#*#7594#*#* - Telefonu açan düyməni uzun sıxdıqda hansı əməliyyatı icra edəcəyini təyin edirsiniz
*#*#232338#*#* - WiFi adresini göstərir
*#30# - Zəng vuran şəxsin nömrəsinin müəyyənləşməsi barədə test
*#43# - Gözləyən zənglər barədə məlumat
Bir çoxlarının bundan xəbəri yoxdur. Bu kodlar telefonun funksionallığını artırır. Əvvəllər mütəxəssislərə lazım olan bu məlumatlar telefona təlabatın artması ilə bütün istifadəçilərə lazımdır.
Milli.Az