Qadin.NET / Günün qoroskopu: sizi şirnikdirməyə çalışacaqlar

Günün qoroskopu: sizi şirnikdirməyə çalışacaqlar

 

Günün qoroskopu: sizi şirnikdirməyə çalışacaqlar

 

Qoç - Oberon və Sinopenin münasibətləri səs-küylü gün vəd edir. Baş verənlərin səbəb və məğzini anlamaq, rasional batini aşkarlamaq asan deyil. Sizi şirnikdirməyə, yoldan çıxarmağa, vəd almağa çalışacaqlar.

Buğa - əsas məsələ daxili tarazlığın qorunmasıdır. Alış-veriş zamanı pulun qədrini bilin. Bu gün kredit götürmək və ya borc almaq üçün əlverişli vaxt deyil. Verdiyiniz vədlərə əməl edin.

Əkizlər - Himaliya və Tefeyanın münasibətləri bu gün işlərinizin rəvan gedişini təmin edəcək. Hiss və istəklərinizin izharında tam spontan davrana bilərsiniz. Təbii alınacaq, narahat olmayın. Eyni zamanda, əziyyət çəkmədən rolu oynamaq və məqsədə çatmaq imkanlarınız var.

Xərçəng - imkanlarınızı olduğundan artıq dəyərləndirməkdən, mühüm işdə səhv etməkdən qorxmayın. Maliyyə məsələlərində ehtiyatlı olun. Avanturalara qatılmayın, iri məbləğdə heç nə almayın və ya belə əməliyyatda iştirak etməyin.

Şir - Serera və Eridanın münasibətləri bəzi mövzularda irəliləyiş, yaxud da şəffaflaşma vəd edir. Münasibətlər pozula bilər. Sınma, dəyişmə anı günün ikinci yarısına yaxın yaşanacaq. Səhər saatlarında həmin olayın təmayülləri və rəvacverici ünsürləri gözə dəyəcək.

Qız - əhvalınızın pisləşməsi istisna deyil. Gün ərzində həddən artıq iş görməyə çalışmayın. Qəflətən yaranan imkanlardan yararlanın.

Tərəzi - yolda ehtiyatlı olun. İmzaladığınız sənədləri diqqətlə yoxlayın. Faylları təmizləyin, köhnə yazışmanı pozun, arxivlərdə qayda yaradın.

Əqrəb - planlarınıza daxil olmayan işi gördürməyə çalışsalar, etiraz edin. Yaxın ətrafınızdakı insanların davranışlarındakı yeni məqamları sezməyə çalışın. Ünsiyyətdən yorulsanız, işinizin çox olduğunu deyin və istismar olunmağınıza yol verməyin.

Oxatan - günü əksər hissəsini evdə keçirməyin. Aktiv olun, məqsədə çatmağa çalışın. Axşam saatlarını evdə keçirmək daha məsləhətdir. Kiçik ev işləri ilə məşğul olun və ya divanda rahatlanaraq televizora baxın. Yuxunuzdakı bir məqam çin olacaq.

Oğlaq - təkliflərə və vədlərə inanmayın. Günün ikinci yarısında səslənən təklifi kritik dəyərləndirin. Dərhal razılaşmayın, amma təklifi də əlüstü rədd etməyin. Fiziki və ya emosional travma riski olan yerlərdə risk etməyin.

Dolça - Saturn və İonun münasibətləri işləri nəzarətdə saxlamağı, mikromühitdən hali olmağı tələb edir. Vaxtınızın əsas hissəsini keçirdiyiniz yerdə münasibətləri gərməyin.

Balıqlar - mübahisələrə qatılmayın, sərt və aqressiv açıqlamalar verməyin. Gerçəkdən də, mühüm işlərlə məşğul olun. İnsanların çox olduğu yerlərə yollanmayın.

Milli.Az

6 fevral 2017
GO BACK