Qadin.NET / Atanın qızı istəmədiyi oğlana verməyə ixtiyarı varmı?

Atanın qızı istəmədiyi oğlana verməyə ixtiyarı varmı?

Atanın qızı istəmədiyi oğlana verməyə ixtiyarı varmı?

Peyğəmbər (salləllahu aleyhi və səlləm) həm valideynin övladı zorla evləndirməsini, həm də övladın valideynin icazəsi olmadan evlənməsini qadağan etmişdir, bunların hər ikisi günahdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dul qadının əmri, bakirə qadının isə icazəsi olmadan onlar üçün nikah bağlanmaz". Orada olanlar dedilər: "Ey Allahın Elçisi, bakirə qadının icazəsi necə olur? Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Onun susması icazəsi deməkdir". (Muslim; Əbu Dəvud; İbn Məcəh).
Milli.Az zikr.az-a istinadən bildirir ki, valideyn övladı evlənməyə məcbur edərsə, övladın imtina etmək hüququ var. Rəvayət edilir ki, bir qız Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yanına gələrək dedi: "Atam öz mövqeyini yüksəltmək üçün məni qardaşı oğlu ilə evləndirdi". Allah Rəsulu (salləlahu aleyhi və səlləm) qızın atasını çağırtdırdı və qıza seçim etmək hüququ verdi. Qız dedi: "Atam deyənlə razıyam, lakin istəyirdim digər qadınlar bilsinlər ki, onların atalarının bunu etmək hüququ yoxdur". (İbn Məcəh, 1874; Muslimin şərtlərinə əsasən hədis səhihdir).
Övladın valideynin razılığı olmadan evlənməsi də haramdır və belə nigah batildir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Vəli və iki şahid olmadan nigah yoxdur". (İbn Hibban, əl-Beyhəqi). Başqa bir hədisdə isə: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir" - deyə buyurmuşdur. Ona görə də siz sevmədiyiniz insanla nişanlanmaqdan imtina etməli və sevdiyinizlə evlənmək üçün valideynlərinizi razı salmağa çalışmalı idiniz. Bunun üzərində bir müddət səbr etməli, çoxlu namaz və dua ilə Uca Allahdan kömək istəməli idiniz, çünki insanların qəlbi Uca Allahın əlindədir. Valideynlərinizlə barışın, onların razılığını almağa çalışaraq şəriətə müvafiq qaydada kəbin kəsdirin.

Milli.Az

5 fevral 2017
GO BACK