Qadin.NET / Şvartsneger Trampı "tarixin ən pis prezidenti" adlandırdı

Şvartsneger Trampı "tarixin ən pis prezidenti" adlandırdı

 

Şvartsneger Trampı "tarixin ən pis prezidenti" adlandırdı

 

"The Celebrity Apprentice" ("Məşhur şagirdlər") verilişinin hazırkı aparıcısı, Kaliforniya ştatının eks-meri, aktyor Arnold Şvartsneger ABŞ prezidenti Donald Trampın siyasətini pisləyib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, prezident aktyorun verilişinə münasibət bildirib.

O, "National Prayer Breakfast"da ("Milli Dua Ziyafəti" - prezident və dövlət nümayəndələrinin iştirakı ilə hər il keçirilən ən böyük ziyafətlərdən biri) çıxışı zamanı aktyoru ələ salaraq onun aşağı reytinq göstərən verilişinin baxımlılığı üçün hər kəsdən Tanrıya dua etməsini istəyib.

Aktyor isə cavabında belə deyib:

"Ey, Donald, yaxşı bir fikrim var. Nə üçün işini dəyişdirmirsən? Reytinqlər üzrə mütəxəssissən, amma insanlar evlərində rahat yata bilsinlər deyə bu işi mən öz öhdəmə götürmüşəm. Tramp reytinqləri siyasətinə uyğun idarə etmək istəyir, tarixin ən pis prezidentidir".

Milli.Az

4 fevral 2017
GO BACK