Qadin.NET / "Ailə qurmayın" - Tanınmış bəstəkardan qızlara məsləhət

"Ailə qurmayın" - Tanınmış bəstəkardan qızlara məsləhət

 

"Ailə qurmayın" - Tanınmış bəstəkardan qızlara məsləhət

 

Uşağım olmurdu deyə məni pisləyirdilər

ARB TV-nin "Gəlin danışaq" proqramında bu dəfə tanınmış bəstəkar və rəssam İmruzə Hüseynova qonaq olub.

Milli.Az xəbər verir ki, maraqlı açıqlamaları ilə diqqət çəkən xanım ailə həyatından danışıb:

"Mən elə ailəyə ərə getmişdim ki, qayınana, qayınata və 2 baldızla birlikdə yaşamışdım. Bir ailədə çox adamla yaşamaq çətindir. Biri var ki, ilk gündən ayrı yaşayasan onda bir başqa cürə ola bilərdi. Elə şeylər olurdu ki, mən qəbul edə bilmirdim, amma səsim çıxmırdı. Çünki mən gedəndə anam tapşırmışdı ki, sakit ol. Ona görə gənclərə səslənirəm ki, tələsməsinlər. Bu gün eşitdim ki, yeni bir ailə 3 ay sonra dağılıb. Belə olmaz. Ya ailə qurmayın, kefiniz istəyən cür yaşayın, ya da ailə qurub kiminsə, nəyinsə xətrinə yaşayın. Mən ailə quranda anam demişdi ki, getdinsə vəssalam, oradan sənin dirin yox, ancaq ölün gələ bilər.

Ona görə mən hər dəqiqə başı anama demirdim ki, filan şey oldu. 4 il mənim övladım olmadı. Çox şeylər eşitdim ünvanıma. 9 ay da yatmışam ki, övladım dünyaya gəlsin. Çox əsəb keçirdim. Uşaq olandan sonra səhhətimlə bağlı problem yarandı. 5 ilim də belə getdi. Ailə qurandan sonra 10 ilim havaya uçdu. Dərimdə problemlər oldu. Kənardan baxanda hamı xoşbəxt kimi görür məni, amma heç kim bilmir ki, mən bunlara nail olmaq üçün çox şeydən keçmişəm. Ailə dövlətdir və onun başında qadın durur. Qadın sükanı necə istəsə o cür olar".

Milli.Az

4 fevral 2017
GO BACK