Qadin.NET / 101 yaşlı nənədən uzunömürlülük sirri: "Çörək yeməyin"

101 yaşlı nənədən uzunömürlülük sirri: "Çörək yeməyin"

 

101 yaşlı nənədən uzunömürlülük sirri: "Çörək yeməyin"

 

101 yaşlı Fənar Quluyeva görənləri təəccübləndirib.

Milli.Az ARB 24-ə istinadən xəbər verir ki, 1 əsr yaşı olsa da, nə həkimə gedib, nə də dərman qəbul edən ağbirçək nənə özü barəsində məlumat verərək gördüyü işlərdən danışdı:

"25 nəvəm var. Oğlanlarım, gəlinlərim mənə yaxşı baxıblar. Ona görə də nə xəstələnməmişəm, nə də dərmandan istifadə etmişəm. Gözüm də görür. Corab toxuyuram, Jaket hörürəm. Eynəkdən də istifadə etmirəm".

Fənar Quluyeva Kəlbəcər rayonunda doğulub, böyüyüb. 9 övladı, 25 nəvəsi, 29 nəticəsi və 3 kötücəsi var:

"25 nəvəm var. Oğlanlarım, gəlinlərim mənə yaxşı baxıblar. Ona görə də nə xəstələnməmişəm, nə də dərmandan istifadə etmişəm. Kəlbəcərdə olmuşuq. Havası təmiz olub. Erməni bizi didərgin saldı. Olanımız erməniyə qaldı".

Fənar nənə gənclərə uzunömürlu olmağın sirrini də açıqladı:

"Çörək yeməsinlər. Çörək adamın ömrünü gödəldir. Az yemək yeyirəm. Az yemək məni saxlayır. Məndə təzyiq yoxdur".

Milli.Az

4 fevral 2017
GO BACK