Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sifarişi ilə Xocalı soyqırımının 25 illiyinə həsr olunan poçt markası buraxılıb.
Milli.Az xəbər verir ki, Alyansın sədri Elmar Məmmədov Trend-ə bildirib ki, poçt markasının üzərində Xocalı soyqırımını əks etdirən abidənin şəkli yer alıb.
Markanın Ukraynada geniş şəkildə yayılması planlaşdırılır.
Milli.Az