"Vaxtilə ölkə çempionu olmuş klubu yenidən zirvəyə qaytarmaq istəyirəm".
Polşanın "Varta" futbol klubunun prezidenti, 50 yaşlı İzabella Lukomska-Pijalska belə deyir.
Milli.Az Eurosport-a istinadən bildirir ki, İzabella 16 il əvvəl "Varta"nın prezidenti postuna təyin olunub və o vaxtdan bəri komandanı sürəkli inkişaf etdirir.
Poznanın "Varta"sına rəhbərlik edən İ.Lukomska-Pijalska "Playboy" jurnalının sabiq modeli, indisə Poznanın ən böyük inşaat şirkətlərindən birinin sahibəsidir.
Milli.Az