Artıq üç ildən artıqdır Monika Belluççi rəsmi olaraq azaddır. O, təxminən 11 il qiyabi nikahda yaşadığı həyat yoldaşı Vensal Kasseldən 2013-ci ildə boşanıb.
Milli.Az publika.az- istinadən xəbər verir ki, 52 yaşlı aktrisa axır ki, axtardığı xoşbəxtliyini tapıb. Məlum olub ki, Belluççi 44 yaşlı fransalı aktyor Jilyem Lelluş ilə sevgilidir.
İtalyan və fransız məşhurlar bu yaxınlarda Parisdə "Sidaction" qalasına bir yerdə gəlib. Gecənin qonaqları bildiriblər ki, Belluççi və Lulluş tədbir ərzində bir-biri ilə sevgililər kimi rəftar edib və birlikdə gediblər.
Xatırladaq ki, Monika Beluççi Vensan Kasselə evli olmazdan əvvəl 5 il Karlos Basso ilə sevgili olub. 11 il ərzində aktyorla aktrisa ayrı-ayrı ölkələrdə yaşayıb.
Milli.Az