Qadin.NET / Günün qoroskopu: geniş miqyaslı, böyük işə başlamayın

Günün qoroskopu: geniş miqyaslı, böyük işə başlamayın

Günün qoroskopu: geniş miqyaslı, böyük işə başlamayın

Qoç - ab-havada rahatlıq və sakitlik müşahilə olunsa da, sakitləşməyin. Romantika və xəyallar sizi aldatmasın. Problemlər yaranarsa, bütün səylərinizi səfərbər edərək onları mümkün qədər tez həll etməyə çalışın.

Buğa - geniş miqyaslı, böyük işə başlamayın. Önəmli qərarınızı açıqlamayın. Səhhətinizə fikir verin. Axşam saatlarında ekstremal əyləncəni seçməyin. Ünsiyyətin yorucu olduğunu duyanda, bir qədər tənha qalmağa çalışın.

Əkizlər - hiperion və Arielin münasibətləri bu gün işlərin tam əksəriyyətini başa vurmağınızı istəyir. Eyni zamanda, istirahəti də unutmayın.

Xərçəng - iş yoldaşı, tərəfdaş, şərik və ya dostun ətaləti, verdiyi sözə əməl etməməsi, gecikməsi və süstlüyü qıcıq yaradacaq. Yalnız cari işlərlə məşğul olun. Nəyisə aydınlaşdırmağa, sübut etməyə çalışmayın.

Şir - inadkarlıq etsəniz, opponentin sözlərini eşitməsəniz, münaqişə situasiyası yaranacaq. Bəlkə, bir qədər geri çəkiləsiniz, güzəştə gedəsiniz, mövqeyinizin daha səbatlı olmasını gözləyəsiniz?!

Qız - Himaliya və Elaranın münasibətləri sizdən "raxa cəbhə"ni qorumağı, daxili tarazlığı qorumağı istəyir. Rəqiblərdən kimsə sizi haqlamaq və üstələməyə çalışır.

Tərəzi - bacarıq və imkanlarınızı artırın, fəallığın yeni mərhələsinə hazırlaşın. İşlərin çoxluğu və emosiyaların bolluğu praktiki məzmunlu əməllərə mane olmamalıdır.

Əqrəb - imicinizdə də dəyişikliklər olmalıdır. Fəqət hələlik yaxşı tonusu qoruyan tədbirlərə diqqət yetirin. Axşam saatlarında yaxşı dincəlin.

Oxatan - Deymos və Fobosun münasibətləri işdə yenilik vəd edir. Hadisələri, təklifləri, gün ərzində gələn məlumatları təqib edin. Yorğunluğa, gərginliyə yol verməyin. Yalnız cari işlərlə məşğul olun.

Oğlaq - ciddi mövzuda danışıqlar aparmayın. Bu gün hərəkətərinizin əksəriyyəti işlərin mövcud axarından narazılıqla bağlıdır. Situasiyadan yararlanmağın yollarını arayın. Amma emosiyalara əsaslanaraq davranmayın, yalnız gərəkli və məqsədəuyğun qərarlar verin.

Dolça - boş söhbətlərə vaxt ayırmayın, dedi-qoduları müzakirə etməyin. Kredit götürməyin, iri məbləğ sərf edərək heç nə almayın.

Balıqlar -  Makemake və Avropanın münasibətləri bu günün enerjisindən konstruktiv yararlanmağınızı istəyir. Əmək məhsuldarlığı çox olacaq. Hadisələrin mövcud axarından narazılıq rəqibləri üstələməyə imkan verəcək.

Milli.Az

31 yanvar 2017
GO BACK