Qadin.NET / Köhnə maşınlar bahalaşdı - QİYMƏTLƏR

Köhnə maşınlar bahalaşdı - QİYMƏTLƏR

Köhnə maşınlar bahalaşdı - QİYMƏTLƏR

Paytaxtda və bölgələrdəki maşın bazarlarında bahalaşma müşahidə olunur. Buna səbəb kimi isə ili köhnə olan avtomobillərin xaricdən artıq gəlmədiyi, bunun əvəzində isə yaranan təlabatı ödəmək üçün bu cür maşınların sayının getdikcə azalmasıdır. "XəzərXəbər" bazarlardakı bahalaşmanın həcmini araşdırıb.

Həm paytaxtda həm də bölgələrdə avtomobil qiymətlərdə artım müşahidə olunur. Satıcılar qiymət artımını əsasən xaricdən artıq köhnə avtomobil gəlmədiyinə görə belə avtomobillərə təlabatın artmasında görürlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, alıcılar isə qiymətlərin bu dəfə öncəki aylardan daha çox bahalandığını bildirirlər. Hətta bu qiymət fərqinin minlərlə manat olduğunu düşünürlər.

Gəncənin avtomobil bazarında satıcılar müştəri qıtlığından şikayətlənsə də alıcılar isə buna qiymətlərin baha olmasını səbəb göstərirlər.

Bərdənin avtomobil bazarında da qiymət artımı müşahidə olunur.

Ancaq müşahidə olunan budur ki, bölgələrdəki qiymət artımı paytaxtla müqayisədə daha azdır. Və Bakıdan fərqli olaraq bölgələrdə tələbat daha çox Rusiya istehsalı olan avtomobillərədir.

Milli.Az

30 yanvar 2017
GO BACK