Kitabxana işçisi Maureen Drever kitab qaytarılarkən onun təhvil vermə tarixinə nəzər salıb.
Britaniyada bir kitab təhvil vermə müddətindən 43 il keçmiş kitabxanaya qaytarılıb.
Milli.Az BBC-yə istinadən bildirir ki, şair və yazıçı Edwin Muir-in bioqrafiyası Şotlandiyanın şimalındakı Orkney Kitabxanasına 1973-cü il 24 oktyabrda qaytarılmalı idi.
Kitab ev təmizlənərkən aşkar olunub.
Kitabxananın müdiri Gary Amos bu kimi hadisələrin müntəzəm olaraq baş verdiyini deyir.
O, kitabı təhvil verən şəxsin cərimə ödəmədiyini qeyd edib.
Milli.Az