Qadin.NET / Damcı damcı ilə birləşər, amma daş daşla birləşməz

Damcı damcı ilə birləşər, amma daş daşla birləşməz

 

Damcı damcı ilə birləşər, amma daş daşla birləşməz

 

İnsanların adətən bir-biri haqqındakı nəzərləri fərqli olur. Bu məsələ insanların baxışlarından asılıdır.

Belə bir misal çəkək. Bir qızcığaz atası ilə səfərə çıxırlar. Atası çayın çirklənməsindən şikayət edir. Deyir: "Bu necə çaydır, həmişə çirklidir? İçərisi zibillə doludur, sanki bütün zibillər bu çayda cəm olmuşdur". Ancaq qızı atasının sözlərini başa düşmür. Nə qədər baxırsa, vəziyyəti o qədər də ağır görmür. Onun nəzərində bu zibilliklər təbiətin gözəlliyinə qalib gələ bilmir. Çünki qəlbi yumşaqdır və atası kimi daşlaşmamışdır.
Bəli, həyat da bu cürdür. Həyatı müxtəlif cür görmək olur. Bir adi insan ona səthi baxır, ancaq bir mütəxəssis ona öz elmi ilə baxır.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, ancaq bu mütəxəssis gərək həyata adi insanlar kimi baxsın ki, onları yuxarı qaldıra bilsin. Əgər onlar başa düşsələr ki, kimsə özünü onlardan üstün hesab edir, ona tərəf üz çevirməzlər. Ancaq o kəs ki, ətrafında olanlara ehtiram göstərir, başqalarının qəlbində sevgi qazanır.
O zaman ki, başqalarının çətinlikləri barəsində düşünürük və onlara görə batinimizdə tufanlar baş verir, bu baş verənləri onlarla bölüşərək, onların dərdinə həmdərd oluruq. Bu rəftarın şirinliyini heç bir zaman unutmuruq. Çünki onun dərdinə şərik olub, qəmini azaltmışıq. Əgər bir damcı su başqa bir damcı ilə birləşərsə, böyük bir damcıya çevrilər. Ancaq iki tikə daş heç bir zaman bir-biri ilə birləşməz. Ona görə də hər kəs çalışmalıdır ki, qəlbini yumşaltsın, qəsavətdən qorusun. Qoymasın ki, daş parçasına çevrilsin. (Tebyan)
Qəlbimiz nə qədər çox daşlaşarsa, ətrafımızda olanların dərdini başa düşmək çətin olar. Nəticədə inkişaf etməyimiz mümkünsüz olar. Daş adətən suyun hərəkət etməsinə mane olur, ancaq su hərəkət edərək dənizə qoşula bilir. Ona görə də o insan ki, İlahi dənizə qoşulmaq istəyir, gərək qəlbini yumşalda bilsin. 

Milli.Az

29 yanvar 2017
GO BACK