Ancaq işlər istədikləri kimi getməyincə, eyni evin içində yaşamalarına baxmayaraq düz 20 il danışmadılar.
Milli.Az haberler-ə istinadən xəbər verir ki, Otou və Katayama Yumi cütlüyünün uşaqları dünyaya gəldikdən sonra Otounun arvadına qarşı davranışları dəyişib. Həyat yoldaşı uşaqlara daha çox maraq göstərir deyə ondan küsən ər 20 il boyunca onunla kəlmə kəsməyib.
Övladları cütlüyü bir TV proqramı sayəsində barışdırmağı bacarıblar. Otou isə bunu qısqanclığından etdiyini etiraf edib.
Təhməz Təkin
Milli.Az