Qadin.NET / Aşiq olduğunuz adamı unutmaq üçün bunları edin

Aşiq olduğunuz adamı unutmaq üçün bunları edin

Aşiq olduğunuz adamı unutmaq üçün bunları edin

Eşq dünyanın ən gözəl duyğusudur. Lakin bəzən sevdiyiniz şəxs sizə eyni hissləri verməyə bilər. Bu zaman insanın həyatı dözülməz olur. Özünüzü günahlandıra, ona əsəbiləşə bilərsiniz. Lakin bu cür davam edə bilməzsiniz. Ən yaxşısı onu unutmaqdır. Bəs necə? Milli.Az lent.az-a istinadən sevdiyiniz insanı unutmağın yolları ilə sizi tanış edir.

Aşiq olduğunuzu qəbul edin
 
İlk addım qəbul etməkdir. Bəli, aşiq oldunuz və o, sizə qarşı eyni hissləri keçirmədi. Çətin ola bilər, ancaq fərqi görəcəksiniz. Bunu ilanın zəhərini əmmək kimi düşünün. Yaranızın olduğunu qəbul edib müdaxilə etsəniz, daha tez sağalar.
 
Gerçəkləri qəbul edin
 
Aşiq olduğunuz adam evli ola bilər, düşündüyünüz qədər yaxşı biri olmaya və ya sizi istəməyə bilər. Sizin birlikdə ola bilməməyinizin səbəbi hər nədirsə, bunu qəbul edin və inad edib yerinizdə saymaq əvəzinə yolunuza davam edin.
 
Sizin şəxsiyyətinizlə əlaqəsi yoxdur 
 
Birinin sizin sevginizə cavab verməməsi sizdə bir problem olması demək deyil. Siz aşiq olmazdan əvvəl kim idinizsə yenə osunuz. Səhv bir şey etməmisiniz. Siz duyğularınıza nəzarət edə bilmədiyiniz kimi, qarşınızdakı insan da edə bilməyə bilər. Olmursa olmur.
 
Əsəbiləşmək heç bir işə yaramaz
 
Sizinlə eyni fikirdə olmadığı üçün əsəbləşməyin mənası yoxdur. Əsəbləşmək sağlamlığınıza zərərli olmaqla yanaşı onu geri qaytarmayacaq. İnsanlar aşiq olacağı adamı seçə bilmir. Siz ona aşiq olduğunuz kimi o da başqasına aşiq ola bilər.
 
Onu düşünməyin
 
Onun üçün artıq vaxtınızı xərcləməyə dəyməz. Düşüncələrinizə hakim olmasına, ağlınıza girməsinə icazə verməyin. Yeni hobbilər seçin, dostlarınızla vaxt keçirin, yoqaya başlayın. Fikrinizi başqa şeylərə yönləndirsəniz, onu düşünmənizə mane ola bilərsiniz.
 
Məsafə qoyun
 
Onu unutmağa çalışarkən onun olduğu yerlərə getmək yaxşı fikir deyil. Eyni iş yerində çalışırsınızsa və ya eyni qrupda oxuyursunuzsa, vəziyyət çətin ola bilər. Ancaq mümkün qədər onun olduğu yerlərdə onun varlığını özünüzə unutdurmalısınız.
 
Özünüzə zaman verin
 
Hələ də əziyyət çəkdiyiniz üçün özünüzü günahlandırmayın. Könül yaralarının sağalması zaman alır. Özünüzə bir az vaxt verin. Gün keçdikcə daha yaxşı olacaqsınız.

Milli.Az

28 yanvar 2017
GO BACK