Qadin.NET / Günün qoroskopu: ola bilər ki, həyatınızda yeni mərhələ başlasın

Günün qoroskopu: ola bilər ki, həyatınızda yeni mərhələ başlasın

Günün qoroskopu: ola bilər ki, həyatınızda yeni mərhələ başlasın

Qoç - yaxın ətrafınızdakı insanlara mövqeyinizi sakit şəkildə çatdırın. Amma onlara öz mövqeyinizi təkid, israrla qəbul etdirməyə, başqalarını da sizin kimi açıq danışmağa çalışmayın.

Buğa - ola bilər ki, həyatınızda yeni mərhələ başlasın. Spontan qərarlar verməyin, düşünülməmiş addımlar atmayın.

Əkizlər - ən önəmli anlarda hissiyatınıza güvənin. Hansısa şəxs qanunu pozaraq sizdən rüşvət tələb edirsə, verməyin. Haqqınızı tələb edin, sonadək gedin.

Xərçəng -  bu gün yaranan perspektivi dəyərləndirməyə çalışın. Hadisələr gərginləşir, harmoniya və sakitlik məcrası pozulur. Siz sakitlik istəsəniz də, belə olmayacaq. Lakin bir addım da geri çəkilməyin, irəliləyin.

Şir - məqsədinizə çatmaq üçün gərəkli bildiyiniz hər şeyi edin. Şəxsi münasibətlərdə emosiyalar həddini aşa bilər, çünki demək istəmədiyiniz həqiqəti söyləyəcək və maskaları yırtmağa can atacaqsınız.

Qız -  gün sakit olmayacaq. İşlərinizin maraqları çərçivəsində addımlar atın, eqoist olmayın. Bir məqamda güzəştə getsəniz, digər istiqamətlərdə üstünlük əldə edərsiniz.

Tərəzi - gərgin gündür. Qayğı və  öhdəliklərin sayı artacaq. Prinsipial məsələnin həllinin nəzərdə tutulduğu danışıq və ya müzakirə üçün əlverişli gün deyil.

Əqrəb - qarşılıqlı güzəşt çox çətinliklə əldə oluna bilər. Təşəbbüsləriniz çoxsaylı maneələrlə qarşılaşacaq. Rəhbərlik və tərəfdaşlarınızla münasibətlərdə çətinliklər yaranacaq.

Oxatan - problemlər ruhdan düşməyinizə səbəb olmamalıdır. Əksinə, sizə meydan oxuyanlara rəğmən, onları üstələyin. Çəkinməyin, qorxmayın, tərəddüd etməyin.

Oğlaq - alış-verişdə bahalı heç nə almayın. Çünki həmin nəsnə az sonra sizdə təəssüf hissi yarada bilər.
Sevdiyiniz insanlarla diqqətli olun.

Dolça - gərgin, hadisələr və emosiyalarla dolu gündür. Yaşanan hadisələr nəyin düzəlişə, təkamülə ehtiyac duyduğunu aşkar göstərəcək. Emosiyaları nəzarət altında saxlayın.

Balıqlar - situasiyaları münaqişəyə çevirməyin, baş verənləri drammatikləşdirməyin. Günün ikinci yarısı çoxdan bəri tamamlamağı düşündüyünüz işi bitirmək üçün əlverişlidir.

Milli.Az

27 yanvar 2017
GO BACK