Qadin.NET / Uşağı təkbaşına böyüdən valideynlərə güzəşt

Uşağı təkbaşına böyüdən valideynlərə güzəşt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

"Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, в„– 9, maddə 575; 2008, в„– 7, maddə 602) 2-ci maddəsində "yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalara" sözləri "3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə" sözləri ilə əvəz edildi.

Dəyişikliyə əsasən 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə həftədə 36 saat iş vaxtı müəyyən edilib.

Milli.Az

26 yanvar 2017
GO BACK