Qadin.NET / Məşhurlar depressiyadan necə çıxır?

Məşhurlar depressiyadan necə çıxır?

 

 

Məşhurlar depressiyadan necə çıxır?

Kimisi dostlarının dəstəyi, kimisi öz iradəsi, kimisi yoqa, kimisi yeni qidalanma rejimi ilə depressiyanın öhdəsindən gəlir. Sözsüz ki, məşhurlar da depressiyaya düşür. Bəs hamının diqqət mərkəzində olan tanınmış simalar depressiyaya necə qalib gəlir. Milli.Az lent.az-a istinadən 14 məşhurun ​​depressiyadan xilas olma üsullarını təqdim edir.

Ledi Qaqa
 
Müsbət düşünməyi prinsip tutaraq depressiyadan çıxır.

Hugh Laurie
 
İşə görə ailəsindən uzaq qalan Hugh Laurie düçar olduğu depressiyadan dostlarının dəstəyi ilə çıxır.

Ancelina Coli
 
Həyatının fərqli dövrlərində depressiya ilə mübarizə aparan Ancelina Coli anasını itirdikdən sonra ömrünün ən ağır dövrünü yaşayır. Lakin o, bu depressiyadan bütün film təkliflərini qəbul edərək, yəni işləyərək çıxır.

Vinston Çörçil
 
Bu məşhur şəxs də depressiyanı sovuşdurmaq üçün işləməyə üstünlük verənlərdəndir.

Beyons
 
Şöhrətin onu tənha qoyacağını düşünərək depressiyaya girən Beyons anasının motivasiyası və öz iradəsi sayəsində normal həyata qayıdıb.

J. K. Roulinq
 
"Harry Potter"in yazıçısı J. K. Roulinq boşanma ərəfəsində uşağını tək böyüdən bir ana olacağını düşünərək ağır ruh halı yaşayır. O, bunun öhdəsindən psrixoloji dəstək alaraq çıxır.

Meqan Foks
 
Meqan Foks oğlu dünyaya gəldiyi və onu qucağına aldığı ilk gündən etibarən depressiyanı bir kənara atıb.

Cim Kerri
 
İki boşanma yaşayan və uzun müddət davam edən depressiyanı məğlub etmək üçün Cim iki yol seçir:
1. Kitab oxumaq.
2. Sağlam qidalanma proqramı tərtib etmək.

Uma Thurman
 
Subay ana olmağın gətirdiyi psixoloji çətinlikləri yoqanın köməyi ilə aradan qaldırıb.

Robbie Uilliams
 
Robbie Uilliams depressiyadan çıxmaq üçün klinikada müalicə alıb.

Ketrin Zeta-Cons
 
Ağır depressiya yaşayan aktrisa psixoloji müalicə mərkəzində müalicə alıb.

Con Hamm
 
"Mad Men" serialının yaraşıqlı aktyoru Con Hamm atasını itirdikdən sonra depressiyaya girir. Yataqdan çıxmaq istəmədiyi bu dövrün öhdəsindən antidepressantlar və müalicə kursları ilə gəlir.

Miley Sirus
 
Həqiqəti görmək, olduğu kimi qəbul etmək və bədbəxt ikən xoşbəxtmiş kimi görünmək... Miley Sirusun depressiyanın öhdəsindən gəlmə üsulu bunlardır.

Lindsey Lohan
 
Lindsey Lohan alkoqol asılılığına çevrilən depressiyanı məğlub etmək üçün klinikada müalicə alıb.

Milli.Az

26 yanvar 2017
GO BACK