32 yaşlı amerikalı Samanta Sepulveda İnstagram-ın yeni ulduzlarından biridir. O, yarıçılpaq fotolarını həvəslə paylaşır.
Fəqət, Samantanı başqa gözəlçələrdən fərqli edən məqam onun ABŞ-da polis işləməsidir.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 32 yaşlı Samanta indiyədək Britaniya, Avstraliya, İspaniya və s. ölkələrdə reklam fotosessiyalarına çəkilib.
Onun İnstagram profilinin daimi təqibçilərinin sayı artıq 130 min nəfəri keçib.
5 yaşı olanda ailəsi Dominikan Respublikasından ABŞ-a mühacirət etmiş Samanta 2010-cu ildən bəri polisdə çalışır. 2011-ci ildə isə o, model karyerasına başlayıb.
Friport şəhər polisində çalışan Samantanın illik maaşı 143 min dollardır.
Samantanın boyu 159 sm olsa da, o reklamlarla bağlı çoxlu təkliflər alır.
Milli.Az