“YouTube” xidməti özünün “Android” və iOS üçün mobil əlavəsində məlumat, video və istinad mübadiləsi funksiyasını sınaqdan keçirir.
İKT.lent.az-ın “TechCrunch” saytına istinadən verdiyi xəbərə görə, “YouTube”un daxili messenceri kimi qiymətləndirilən yeni funksiya hazırda yalınız Kanada ərazisində çalışır.
Hələlik bu funksiyanın bütün dünya üzrə istifadəçilərə açılıb-açılmayacağı bəlli deyil. Lakin eksperiment göstərir ki, “YouTube”un sahibi olan “Google” bu xidməti əsl sosial şəbəkəyə çevirmək istəyir.